AZ

Kremldən Türkiyə açıqlaması: “Artıq yeni reallıq yaranıb, bundan sonra...”

2022-ci ilin martında hazırlanan İstanbul müqaviləsi Ukrayna ilə bağlı danışıqlar üçün əsas ola bilər, amma son iki ildə bir sıra yeni reallıqlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Bu, (danışıqlara qayıdış) yalnız dialoq formasında mümkündür, dialoq və danışıqlara hazır olmaq dünən prezident (Vladimir Putin) tərəfindən təsdiqlənib. Bir qayda olaraq, danışıqlar hələ də nəyəsə əsaslanır. İndi o sənədə də əsaslanıla biləcəyi deyilir, amma o vaxtdan keçən iki ildə bir çox dəyişiklik baş verib. Konstitusiyamıza (Ukrayna ərazilərinin ilhaqı – red.) yeni məsələlər daxil edilib, iki il əvvəl belə deyildi. Ona görə də, bir sıra yeni reallıqlar var ki, bunları mücərrədləşdirmək olmaz, amma bu, danışıqlara başlamaq üçün bir növ əsas ola bilər”, - Kremlin sözçüsü bildirib.

Peskov vurğulayıb ki, istənilən siyasi-diplomatik axtarış yalnız danışıqlara əsaslana bilər:

“Prezident Putin dəfələrlə belə danışıqlara hazır olduğunu təsdiqləyib. Prezident bundan öncə bizim hazırlığımızdan danışıb, bu, bizim məlum mövqeyimizin təsdiqidir, bu, müxtəlif nümayəndələrin bəyanatlarında tez-tez təhrif olunur”.

Belarus Prezidenti Aleksandr Lukaşenko bundan əvvəl Ukraynaya Qərbin vasitəçiliyi olmadan Rusiya ilə ikitərəfli qaydada İstanbul prosesini (Türkiyə) bərpa etməyi təklif edib.

Bəzi bölgələrinin (Donetsk, Luqansk, Xarkov, Krım, Xerson və Zaporoje) Rusiyaya ilhaqına gəlincə, Ukrayna bunu qəti şəkildə qəbul etmədiyini və etməyəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
200
50
Mənbələr
Şərh ()
Bağla