AZ

Şəhidlərimiz olmasaydı Vətənimiz əldən gedərdiŞƏHİD ANASI

Şəhidlərimiz olmasaydı, Vətənimiz əldən gedərdi.

Bunu “Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva deyib.

O, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıqlarını bildirib:

"Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri ziyarət edirik. Şəhidlərin hamısı bizim övladlarımızdır. Biz övladlarımızı heç bir şəhiddən seçməmişik. Şəhidlərimiz olmasaydı, bəlkə də Vətənimiz əldən gedərdi”.

S.Rzayeva qeyd edib ki, müharibə vaxtı oğlu universitetdə oxuyurdu: “Mənə dedi ki, ana və bacılarımız erməni əlindədir, bizim burada qalmağımızın mənası yoxdur. Allah onların hər birinə rəhmət eləsin”.

“Xocavənd əməliyyatı”nda şəhid olan Nizami Ələkbərovun bacısı Mətanət Əsədova isə deyib ki, qardaşının qismətində şəhidlik zirvəsinə ucalmaq varmış: “O deyirdi ki, torpaqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik. Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub”.

Şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva artıq dördüncü dəfədir qardaşının şəhid olduğu yeri ziyarət edir: “Biz qardaşımın şəhid olması xəbərini iki ay sonra öyrəndik. Bu müddət ərzində ondan xəbər tuta bilmirdik. Qardaşım dünyanın acı və şirinliyini dadmamış, 20 yaşında şəhid olub. Bu gün bizə təsəlli qardaşımın şəhid olduğu yeri ziyarət etməkdir. Dövlətimiz tərəfindən mənzillə də təmin edildik. Bütün bunlar bizə təsəllidir”.

Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.

Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.

Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.(report)

Seçilən
148
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25903
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25152
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18097
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14225
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14109
Sabah 20 dərəcə isti olacaq
9362
May ayında Azərbaycana qar yağdı - VİDEO
8668
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8319
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7069
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6727
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6341
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6304
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6302
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5911
Azərbaycan nefti ucuzlaşıb
5792
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5656
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593