AZ

"BMT Təhlükəsizlik Şurası fələstinlilərin çoxdankı arzusunu gözündə qoydu"

"BMT Nizamnaməsinin tələb etdiyi kimi, fələstinlilərin sorğusuna 15 səsdən 9 səs verilsə belə, ABŞ veto hüququndan istifadə edəcək..."
 
"Bu, Fələstin terror dövləti olacaq, Hitler sağ olsaydı, Fələstin Azadlıq Təşkilatına alqış edərdi..."
 
BMT Təhlükəsizlik Şurası fələstinlilərə BMT-də tamhüquqlu üzvlük verilməsində konsensus əldə etməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının növbətçi sədri rolunu oynayan Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzer məlumat verib. Məlumatı "vesty.co.il" nəşri yayıb.
 
BMT-də qəbul edilmiş prosedura görə, Təhlükəsizlik Şurasında müzakirədən öncə sədr xüsusi komissiya yaratmalı, bu komissiya sorğunu öyrənməli və öz tövsiyələrini verməlidir. 
 
Bu zaman xüsusi komissiya sorğunu yalnız tam konsensus (yəni hamının razı olması) əsasında təsdiq edə bilər. Lakin bu, Təhlükəsizlik Şurasının istənilən üzvünə məsələni Şuranın iclasında səsverməyə qoymağı qadağan etmir.
 
Gözlənilir ki, bu hüquqdan ərəb ölkələrini Təhlükəsizlik Şurasında təmsil edən Əlcəzair istifadə edəcək. Diplomatik mənbələrin məlumatına görə, belə səsvermə artıq aprelin 18-də baş tuta bilər.
 
Lakin hətta fələstinlilərin sorğusuna dəstək üçün Nizamnamənin tələb etdiyi kimi 15 səsdən 9 səs verilərsə, ABŞ veto hüququndan istifadə edəcək.
 
Vaşinqton bundan öncə izah edib ki, Fələstin dövlətçiliyi məsələsi BMT qətnaməsi ilə deyil, Fələstin Muxtariyyəti ilə İsrail arasında birbaşa danışıqların gedişində həll edilməlidir.
 
Xatırladaq ki, aprelin 2-də Fələstin Muxtariyyətinin daimi nümayəndəsi Riyad Mansur BMT baş katibi Antoniu Quterrişə məktubla müraciət edərək "Fələstinin beynəlxalq təşkilatda tamhüquqlu üzvlük barədə" məsələnin müzakirəsi üçün təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağı xahiş edib. 
 
BMT Nizamnaməsinə uyğun olaraq baş katib belə xahişləri dərhal Təhlükəsizlik Şurasına göndərməlidir. Quterriş dəftərxanası bu sorğunu ruh yüksəkliyi ilə qarşılayıb və bu ideyanı dəstəklədiyini bəyan edib.
 
Təhlükəsizlik Şurasının iclası aprelin 8-də çağırılıb. İsrailin daimi nümayəndəsi Qilad Erdan deyib ki, BMT öz Nizamnaməsini kobud şəkildə pozaraq "Fələstin terror dövlətinin tanınmasını müzakirə etməyə hazırdır".
 
"Bu, adi dövlət deyil, Fələstin nasist dövləti olacaq", - o, bəyan edib və əlavə edib ki, "Hitler bu gün yaşasaydı, Fələstin Azadlıq Təşkilatına alqış edərdi".
 
Xatırladaq ki, 2011-ci ildə Fələstin Muxtariyyəti BMT-də müşahidəçi statusu alıb (Vatikan kimi). Bu status Baş Assambleyanın diskusiyalarında səs hüququ olmadan iştirak etmək hüququ verir. 
 
Muxtariyyətin rəhbərliyi bir neçə dəfə statusunu tam hüquqlu üzvlüyədək yüksəldilməsinə cəhd edib, lakin nəticəsiz qalıb.
 
Yeri gəlmişkən, 2011-ci ildə Mahmud Abbas administrasiyası həmçinin BMT-də tamhüquqlu üzvlük tələb edib. Təhlükəsizlik Şurası komissiya yaradıb, lakin komissiya üzvləri arasında dərin ixtilaflar səbəbindən tövsiyələri işləyib hazılamaq mümkün olmayıb.
 
Lakin Mahmud Abbasın uğursuz təşəbbüsü fələstinlilərin xeyrinə olub. Təhlükəsizlik Şurası Fələstin Muxtariyyətinə "BMT-nin üzvü olmayan dövləti" statusunun verilməsi barədə qətnamə qəbul edib.
Seçilən
172
48
Mənbələr
Şərh ()
Bağla