AZ

Tramp Kiyevə hərbi yardım ayrılmasının əleyhinə deyil, amma...

ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp, Ukraynaya hərbi yardımın ayrılmasını bir şərtlə dəstəkləyib... Kiyev silahları pulsuz deyil, kreditlə almalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Hill” qəzeti yazır.

Xatırlamış olarsınız, SİA bir müddət əvvəl də bu mövzu ilə bağlı yazı vermişdi.

Qeyd edək ki, ABŞ Konqresinin Trampyönlü qanadı 2024-cü ilin əvvəlindən Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini əngəlləyir.

...Hazırda Vaşinqtonun Kiyevə silah tədarükü tamamilə dayanıb və bu, Ukraynanın döyüş meydanındakı mövqeyini pisləşdirib.

Onu da bildirək ki,Tramp bu mövzunu aprelin 13-də Nümayəndələr Palatasının spikeri Mayk Consonla müzakirə edib. Söhbət bitəndən sonra respublikaçı bildirib ki, o, yalnız kredit şəklində yardım göstərməyə hazırdır.

...Hazırda buna baxırıq... Biz bunu sadəcə hədiyyə deyil, kredit şəklində etməyi düşünürük.

Bunu deyən Trampın fikrincə, Avropa “hesabla bərabər” olmaq üçün Ukraynaya hərbi yardım üçün pul ödəməlidir. ...Əgər onlar hesabı belə tutmasalar, bizdən çox əziyyət çəkəcəklər”.

Bunu da Tramp deyib.

Yeri gəlmişkən, Tramp daha əvvəl açıq şəkildə bəyan etmişdi ki, o, Rusiya ordusunu NATO-dakı Avropa ölkələrinə hücum etməyə təşviq edir, çünki onlar Amerikaya müdafiə üçün çox az pul ödəyirlər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
5
Mənbələr
Şərh ()
Bağla