AZ

Bundesliqa: “Bayer 04” tarixində ilk dəfə çempion olub

Futbol üzrə Almaniya Bundesliqasının çempionu vaxtından əvvəl müəyyənləşib.

“İki sahil” xəbər verir ki, “Bayer 04” “Bavariya”nın 11 illik ağalığına son qoyaraq tarixində ilk dəfə Almaniya çempionu olub.

Bundesliqanın 29-cu turunun ev oyununda “Bayer 04” (Leverkuzen) “Verder”ə (Bremen) 5:0 hesabı ilə qalib gəlib. Matçın 25-ci dəqiqəsində penaltidən nigeriyalı hücumçu Viktor Bonifas fərqlənib. Qranit Caka 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü ikiyə çatdırıb. Florian Vits 68-ci dəqiqədə üçüncü qolu vurub, 83 və 90-cı dəqiqələrdə də fərqlənərək het-trikə imza atıb.

Bundesliqanın 29 matçından sonra Xabi Alonsonun yetirmələri 79 xal toplayıb və bu onları təqib edən “Bavariya” (69 xal) üçün əlçatmaz olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
17
Mənbələr
Şərh ()
Bağla