AZ

İranın Niderlanddakı səfiri XİN-ə çağırıldı

İranın Niderlanddakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Hanke Brüinse X səhifəsində yazıb.

“Dünən gecə İranın İsrailə təhlükəli hücumunu qınadığımızı bildirmək üçün İranın Haaqadakı səfirini çağırmaq qərarına gəldim”, – deyə, o bildirib.

Qeyd edək ki, bundan öncə İranın İordaniyadakı səfiri XİN-ə çağırılaraq xəbərdarlıq edilmişdi.


Müəllif: Teleqraf.com
Seçilən
123
2
Mənbələr
Şərh ()
Bağla