AZ

Aİ rəsmisi: Kənarına yaxınlaşdığımız uçurumdan uzaqlaşmalıyıq

Kənarına yaxınlaşdığımız uçurumdan uzaqlaşmalıyıq.

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) İran-İsrail münaqişəsi haqda danışarkən deyib.

C.Borrell yaranmış gərgin situasiyada tərəfləri təmkinli olmağa çağırıb:

\"İsraildən cavab gözləyirəm. Lakin ümid edirəm ki, bu, daha böyük gərginliyə səbəb olmayacaq. Biz uçurumun kənarındayıq və ondan uzaqlaşmalıyıq. Əyləcə basıb, sürəti azaltmalıyıq”.

Aİ rəsmisi həmçinin Təl-Əvivin ehtimal olunan qisası ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə \"Doğru vəd əməliyyatı\" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
 
///Report

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
11
Mənbələr
Şərh ()
Bağla