AZ

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edəcək

19 aprel 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-dan etibarən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla