AZ

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

“Birlikdə

Bakı, 16 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ətraf mühiti qoruyaq” devizi altında “Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş layihə çərçivəsində ilk tədbir Ekoloji Biliklər Günündə 229 nömrəli tam orta məktəbdə baş tutub.

Tədbirdə BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elvira Mirzəyeva, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri incəsənət” dərnək üzvlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edənlər şagirdlərin ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsinə dəstək verilməsi baxımından bu cür layihələrin əhəmiyyətindən danışıblar.

Sonra 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı” dərnək üzvlərinin hazırladığı “Təmiz planet” interaktiv kukla tamaşası nümayiş olunub.

Mərkəzin və məktəbin ekodəstələri tərəfindən həyətyanı sahədə ekoloji təmizlik işləri aparılıb, çoxsaylı güllər əkilib.

Layihənin ilin sonunadək bir sıra digər məktəbləri də əhatə etməsi nəzərdə tutulur.

Seçilən
28
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
21312
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17621
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12680
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7799
May ayında Azərbaycana qar yağdı - VİDEO
7603
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6896
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6841
Sabah 20 dərəcə isti olacaq
6244
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5935
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5732
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5576
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5516
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5411
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5237
Bu yol qovşağında təmir işləri aparılacaq
5170
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4800
Azərbaycan nefti ucuzlaşıb
4647
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4633
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4570
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4381