AZ

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Təlim

Buxarest, 16 aprel, AZƏRTAC

Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus daha üç F-16 təyyarəsi Rumıniyadakı Avropa pilot təlim mərkəzinə göndəriləcək.

AZƏRTAC xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, milli müdafiə naziri Angel Tilvar bu münasibətlə aprelin 17-də Borça şəhərində yerləşən “Leytenant Aviator Gheorghe Mociornita” hərbi hava bazasında Niderland hərbi idarəsinin rəisi Kaysa Ollonqren ilə görüşəcək.

Qeyd edək ki, Avropa F-16 Pilot Təlim Mərkəzinin rəsmi açılışı ötən il olub. Mərkəz Rumıniya və Niderland hərbi idarələrinin “Lockheed Martin” şirkəti ilə tərəfdaşlığı, beynəlxalq F-16 koalisiyasının koordinatorları olan Danimarka və Niderlandın dəstəyi ilə yaradılıb.

Əməkdaşlıq müqaviləsi çərçivəsində Rumıniya layihəyə müvafiq infrastruktur, Niderland Kral Hərbi Hava Qüvvələri F-16 təyyarələri, “Lockheed Martin” isə təlimçilər və texniki vasitələr ilə dəstək verəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
85
49
1

1Mənbələr

Şərh ()
Bağla