AZ

İsrailin İrana cavabı necə olacaq? – Politoloq açıqladı

İranın İsrail ərazisinə etdiyi zərbələrdən sonra rəsmi Təl-Əvivin hansı addımlar atacağı ciddi maraq doğurur. Bəzi analitiklərin fikrincə, İsrail bu dəfə İranın xaricdə yerləşən mülki və ya hərbi obyektini deyil, birbaşa ərazisini vura bilər. Bu iddia bir sıra nüfuzlu İsrail mənbələrində də öz əksini tapır. 

İran prezidenti İbrahim Rəisi öz sosial media hesabında İsrailin hər hansısa hücumunun cavabının çox sərt şəkildə cavab veriləcəyini bildirib. O, Təl-Əviv və Hayfa kimi iri şəhərlərinin yerlə-yeksan ediləcəyi ilə hədələyib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, İranın addımı sadəcə İsrailə qarşı əks-hücum idi:

“Bu İranın İsrailə əks-hücumu idi, çünki daha öncə İsrail İranın Dəməşqdəki konsulluğunu vurmuşdu. Ümumiyyətlə, bu cür mövzularda məsələnin cövhərinə baxmaq lazımdır. Məsələnin cövhəri ondan ibarətdir ki, İsrail qanunsuz yolla müsəlmanlara məxsus torpaqları işğal və ilhaq edir. Əsas məsələ İsrailin Fələstin xalqının hüququnu pozması və ərəbləri öz torpaqlarından qovmasıdır. İran buna müqavimət göstərir, sadəcə qabiliyyəti və imkanları sadəcə buna çatır”.

Politoloq İsrailin təkbaşına İranla bacara bilməyəcəyini diqqətə çatdırıb:

“İsrailin İran hücumlarına cavabına gəlincə, düşünürəm ki, bu onların əlindən gəlməz. İsrail İranın daxilində və ya xaricində hər hansı hücum etməyi bacarmaz. İsrailin ən böyük arzusu odur ki, münaqişəyə ABŞ-ı cəlb etsin. ABŞ isə bu məsələdə istəkli və maraqlı deyil. Təkbaşına isə İsrail İranla qətiyyən bacara bilməz. Bu birmənalı olaraq belədir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
267
50
Mənbələr
Şərh ()
Bağla