AZ

Cəlilabad sakini avtomatını polisə təhvil verdi

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib. Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahını, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com
Seçilən
224
22
Mənbələr
Şərh ()
Bağla