AZ

Şimal-Qərb bölgəsində daha 2 məktəbli maksimum nəticə göstərib

Bu dəfə Qax rayon ümumtəhsil məktəblərində təhsil alan məktəblilər rekord nəticə ilə fərqlənib.
Bu barədə Ednews-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri Humay Harunova və Ayşən Nəzirova 300 bal toplayıblar. 
Bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 8 nəfərə çatıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə maksimum 100 bal olmaqla, ümumilikdə 300 bal toplanıla bilər.

Seçilən
148
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq