AZ

Ukraynada Bakıda keçiriləcək COP29-a hazırlıq müzakirə edilib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu ilin sonunda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı, o cümlədən Ukrayna və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanın Ukraynaya humanitar yardımı və təşəbbüsləri barədə məlumat verilib", - səfir qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
95
7
Mənbələr
Şərh ()
Bağla