AZ

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirildi

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşları xəstəxanalıq olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayon sakini Samit Hüseyinov Ağsu rayon təcili tibbi yardım əməkdaşları, həkim 62 yaşlı feldşer - Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücü 34 yaşlı Elnur Xasıyevə ağır bədən xəsarəti yetirib.

Ağır bədən xəsarətləri alan hər iki tibb işçisi rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Bizim.Media-nın Aran  bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki,  xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
11
Mənbələr
Şərh ()
Bağla