AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 208 Bakı şəhəri, 15 aprel 2024-cü il
“Qarabağ Universitetinin yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrə­li Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabine­tinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepa­nakert şəhərində Pedaqoji İnstitutun yaradıl­ması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60 il­liyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə Azərbaycan Respub­likası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qarabağ Universitetinin yaradılması haqqında” Azər­baycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, mad­də 1117 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə” bölməsinə aşa­ğıdakı məzmunda 18-1-ci hissə əlavə edilsin:
18-1. Qarabağ Universiteti fəlsəfə doktoru üzrə - 
2. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2011-ci il 15 iyul tarixli 118 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2011, № 7, maddə 745 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Res­publikası Elm və Təhsil Nazirliyinin struktu­runa daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölmə­sinə aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:
21. Qarabağ Universiteti
3. “Stepanakert şəhərində Pedaqoji İns­titutun yaradılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilsin.
4. “Sovet Azərbaycanın 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqə­ti bağlanılması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilsin.
Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20242
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12024
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5582
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5333
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3805
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3376
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3252
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3089
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2829
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2749
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2675
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2387
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2292
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1954