AZ

Səfiri geri çağırması Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin daha bir sübutudur - RƏY

Milli Məclisin deputatı Soltan Məmmədov Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasını onun Azərbaycana qarşı qərəzli siyasətini davam etdirdiyinə daha bir sübut olduğunu deyib.

Deputat "Report"a açıqlamasında qeyd edib ki, Fransanın bu addımı iki ölkə arasında əlaqələrin daha ciddi zədələnməsi ilə nəticələnə bilər.

“Fransanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu bu ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunun xeyli dərəcədə zəifləməsinə səbəb olub. Çünki rəsmi Parisin xarici siyasət strategiyası bir çox hallarda dünyada və regionda baş verən proseslərin yaratdığı reallıqları nəzərə almır: "Təəssüf ki, biz ötən dövrdə, xüsusilə də son illərdə Fransanın Cənubi Qafqazda sülh və davamlı sabitliyin təmin olunmasına yönəlmiş ciddi, faydalı təşəbbüslərini müşahidə etmədik. Fransa hər zaman regionda gərginliyin qalmasında, münaqişələrin həll edilməməsində maraqlı olub", - o vurğulayıb.

Soltan Məmmədov
Soltan Məmmədov

Milli Məclis üzvünün fikrincə, Fransa parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan, bu gün mövcudluğuna son verilmiş separatçı rejimə dəstək ifadə edən qərarları, eləcə də bu ölkənin müxtəlif səviyyəli dövlət rəsmilərinin səsləndirdiyi qərəzli bəyanatlar Azərbaycanla münasibətləri gərginləşdirmək xəttinin məqsədli şəkildə davam etdirildiyini göstərir: "Münasibətlərin indiki vəziyyətinin təşəbbüskarı Azərbaycan olmayıb. Bizim ölkəmiz hər zaman tərəfdaşları ilə əlaqələrdə səmimi və açıq davranıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu gücləndirən, regional proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə artıran əsas amillərdən biri də məhz etibarlı tərəfdaş olmasıdır".

S.Məmmədov əlavə edib ki, iqtisadi imkanlar, geostrateji mövqe və digər faktorlar xarici əlaqələrdə mühüm yer tutur, lakin indi beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad daha çox ehtiyac duyulan həlledici məsələyə çevrilib: "Görünür, bu yeni çağırışların hələ də fərqində olmayan ölkələr var. Son 3 il yarım ərzində Makron hökumətinin Cənubi Qafqazla bağlı yürütdüyü siyasət göstərir ki, Fransa məhz belə ölkələrin sırasındadır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
288
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
13816
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11440
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5248
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5192
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3154
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3152
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2918
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2667
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2659
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2360
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2226
Hidayət Heydərov dünya çempionu oldu
2016
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
1972
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
1849
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1830