AZ

ABŞ-ın milli borcunun sürətlə artacağı proqnozlaşdırılır

Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri 2029-cu ilə qədər ABŞ-ın dövlət borcunun sürətlə artaraq ÜDM-in 133,9 faizinə çatacağını proqnozlaşdırıblar.

 

Oxu24.com    bu barədə BVF-nin “Büdcə Bulletin” hesabatına istinadən xəbər verir.

 

Yenilənmiş ekspert hesablamalarına görə, 2024-cü ildə ABŞ-ın dövlət borcunun həcmi ÜDM-in 123,3 faizinə, 2025-ci ildə isə 126,6 faizə çatacaq.

 

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 122,1 faiz olub.

 

Beləliklə, 2029-cu ilə qədər ABŞ-ın dövlət borcu, fondun proqnozlaşdırdığı kimi, 11,8 faiz bəndi  artacaq.

 

Təşkilatın bildirdiyi  kimi, ABŞ-ın artan borc öhdəliklərinin həcmi qlobal dövlət borcunun artmasına mühüm töhfə verəcək.

 

Əgər 2023-cü ildə dünya dövlət borcu qlobal ÜDM-in 93,2 faizini təşkil edirdisə, 2029-cu ildə bu rəqəm 99 faizə yüksələcək.

 

Rusiya dövlət borcuna gəlincə, onun həcmi, analitiklərin gözləntilərinə görə, 2024-cü ildə ÜDM-in 20,8 faizini təşkil edəcək, 2025-ci ildə isə 21,9 faizə yüksələcək.

 

Öz növbəsində, 2029-cu ilə qədər ölkənin və onun tərkib hissələrinin borc öhdəliklərinin ümumi həcmi 24 faizə qədər artacaq”, - Valyuta Fondu yekunlaşdırıb.

 

Afət

 

Seçilən
153
8
Mənbələr
Şərh ()
Bağla