AZ

Türkiyə Mərkəzi Bankının sədri ilin ikinci yarısından inflyasiyanın azalacağını vəd edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan dezinflyasiya məsələsində lazımi addımların atıldığını və daha çoxunun həyata keçirilməyə hazır olduğunu bildirərək inflyasiyanın cari ilin ikinci yarısından həm aylıq, həm də illik ifadədə azalacağını açıqlayıb.



NUHÇIXAN “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun başçısı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının yaz konfransı çərçivəsində “Türkiyədə pul siyasəti və inflyasiya mənzərəsi” başlıqlı təqdimatında danışıb.
Təqdimatda monetar mövqenin əhəmiyyətli dərəcədə sərtləşdirildiyi və mart ayında əlavə sərtləşdirmə addımlarının atıldığı qeyd edilib.
Karahan Türkiyənin dezinflyasiya yoluna toxunarkən maliyyə şərtlərinin uçot dərəcəsindəki artımlardan sonra sərtləşdiyinə işarə edib.
Təqdimatda fərdi kredit artımının yavaşladığı və mart ayının sonu etibarilə 12,4 faizə düşdüyü, türk lirəsi (TL) ilə kommersiya krediti artımının normallaşdığı, xarici valyutada kredit artımının olduğu ifadə edilib.
Təqdimatda TL depozitlərinin payının artdığı, monetar sərtləşmə ilə paralel olaraq gəlir əyrisinin də dəyişdiyi bildirilib.
Təqdimatda normallaşma əlamətləri ilə daxili tələbin dayanıqlılığını davam etdirdiyi, idxalın azalması ilə xarici ticarət balansının yaxşılaşdığı vurğulanıb.
Mərkəzi Bankın sədri cari əməliyyatlar balansının yaxşılaşmağa davam edəcəyi, ölkənin xarici maliyyələşdirməyə çıxışı gücləndikcə Türkiyənin ölkə risk mükafatının azaldığı və xarici borcun konversiya nisbətinin artdığı deyilib.
Çıxışda dayanıqlı istehlak mallarında qiymət artımlarının azaldığı, xidmət inflyasiyasında çətinlik olduğu, lakin qarşıdakı dövrdə xidmət inflyasiyasının azalmasına təsir edəcək amillərin olduğu irəli sürülüb.
Təqdimatda “İlin ikinci yarısında inflyasiyanın azalacağına dair artan konsensusun olduğu” və 2024-cü ilin ikinci yarısından etibarən inflyasiyanın həm aylıq, həm də illik ifadədə azalacağı bildirilib.
Xatırladaq ki, daha öncə maliyyə tənzimləyicisi 2023-cü ilin hesabatında 818 milyard lirədən çox zərərin olduğunu açıqlamışdı.
Qeyd edək ki, Fatih Karahan Türkiyə Respublika Mərkəzi Bankının sədri vəzifəsinə bu ilin fevralında təyin edilib. Daha öncə o, ABŞ-nin “Amazon” şirkətinin baş iqtisadçısı olub.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
106
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
523
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
425
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
363
Azərbaycanda bu məhsul bahalaşdı
359
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
357
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
314
Helikopter qəzası ilə bağlı yeni xəbər
299
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
298
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
281
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
278
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
270
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
266
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
261
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
228
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
222
Həlak olan şəxslər sabah dəfn olunacaq
221
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
213
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
190
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
182
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
147