AZ

“Real” və “Bayern” Çempionlar Liqasının yarımfinalında – VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

UEFA Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, son yarımfinalçılar Münhenin “Bayern” və Madridin “Real” klubları olub. “Kral klubu” evdə 3:3 bərabərə qaldığı “Mançester Siti” ilə səfərdə də 1:1 oynayıb. 120 dəqiqənin ardından qalib müəyyənləşmədiyi üşün oyunsonrası penaltilərə müraciət edilib. Burada daha dəqiq olan “Real” futbolçuları yarımfinalda “Bayern”ə rəqib olublar.
“Bayern” isə səfərdə 2:2 oynadığı Londonun “Arsenal” klubunu evdə 1:0 hesabı ilə məğlub edərək bu mərhələyə vəsiqə qazanıb.
Beləliklə yarımfinalda “Borussiya” (Dortmund) – PSJ və “Bayern” (Münhen) – “Real” (Madrid) qarşılaşmaları baş tutacaq.
İlk oyunlar aprelin 30-da, cavab qarşılaşma isə mayın 7-də oynanılacaq.

Seçilən
118
2
Mənbələr
Şərh ()
Bağla