AZ

Almaniyanın vitse-kansleri Ukraynaya gözlənilməz səfər edib

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Ukraynaya gözlənilməz səfər edib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, Ukraynanın müdafiə mübarizəsində uğur qazanması Almaniyanın əsas maraqlarına uyğundur.

Habek səfərinin Almaniyanın Ukraynaya davamlı dəstək verməli olduğuna işarə olduğunu vurğulayıb. Almaniya vitse-kanslerinin səfər proqramına Ukrayna Prezidenti Volodimir Zelenski ilə yanaşı, Baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko və energetika naziri Herman Haluşşenko ilə görüşlər daxildir.

Danışıqlarda Rusiyanın son vaxtlar Ukraynanın enerji infrastrukturuna qarşı intensivləşən hücumları müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
14
Mənbələr
Şərh ()
Bağla