AZ

Bakının əsas yollarından biri üç gün bağlı olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar olaraq 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Seçilən
150
26
Mənbələr
Şərh ()
Bağla