AZ

"Uzun illərdir Azərbaycanda bu cür böyük infrastruktur layihələr həyata keçirilir" - ŞƏRH EDİLDİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Artıq 10 ilə yaxın idi ki, Hacıqabul gölü qurumuşdu. Bu baxımdan təməli qoyulan Şirvan suvarma kanalının istifadəyə verilməsindən sonra həm bu ərazilərdəki əkin sahələrinin suvarılması təmin ediləcək, həm də Hacıqabul-Şirvan gölünün də yenidən əvvəlki görkəmini bərpa edəcək. Bununla həmin ərazidə su formalaşacaq, eyni zamanda göldə məskunlaşmış heyvanlar və bitki aləmi yenidən canlanacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, uzun illərdir Azərbaycanda böyük infrastruktur layihələri həyata keçirilir: “İlk növbədə sosial-iqtisadi inkişaf proqramları çərçivəsində paytaxt və regionlar arasındakı fərqin azaldılması, həmin bölgələrdə müasir infrastruktur layihələrin reallaşdırılması, yolların, körpülərin, tunellərin, qaz və işıq xətlərinin çəkilməsi, fabrik və zavodların açılması nəticəsində məşğulluq probleminin aradan qaldırılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biri idi ki, ötən müddət ərzində bunlara nail olunub. Ümumilikdə Azərbaycanda qazlaşdırma 96% təşkil edir. Bu, həqiqətən də böyük bir rəqəmdir. Vaxt var idi ki, qaz yox idi. Meşələr qırılırdı, odunlardan yanacaq kimi istifadə edilirdi. Bu da nəticə etibarilə ətraf-mühitin çirklənməsi, meşə massivinin məhv edilməsinə gətirib çıxarırdı. Amma hazırda mövcud olan 96% qazlaşdırma vətəndaşların rahat yaşayışını təmin edən amillərdəndir. Eyni zamanda fabrik və zavodlarda, sənaye parklarında qazın olması müsbət göstəricidir”.

Deputat onu da əlavə edib ki, işıq və su infrastrukturları da yenidən qurulur: “Bir çox şəhər və kəndlərdə su kanalizasiya layihələri yekunlaşıb. Bəzi böyük şəhərlərdə isə bu layihələr hələ də davam etdirilir. Bunlardan əlavə, Azərbaycanın içməli su ehtiyatı kifayət qədər çox deyil. Bundan öncəki illərdə quraqlıq müşahidə edilirdi. Şükürlər olsun ki, cari ildə yağış və qarın yağması nəticəsində şirin su ehtiyatımız artıb. Buna baxmayaraq çalışmalıyıq ki, şirin sudan istifadə zamanı israfçılığa yol verməyək. Ermənilər bizim yalnız torpaqlarımızı işğal etməmiş, həmçinin şirin su ehtiyatımızı əllərində saxlayırdılar. Hazırda isə Azərbaycandakı şirin su ehtiyatının 25%-i Qarabağ və Şərqi Zəngəzur hesabına formalaşdırılır. Həmin ərazilərdə olan şirin su ehtiyatları ilə bağlı dövlət proqramları həyata keçirilir. Növbəti illərdə su anbarlarının, eyni zamanda suvarma kanallarının mərhələli şəkildə istifadəyə verilməsinin şahidi olacağıq. Artıq bəzi layihələr reallaşdırılıb, amma davam edən layihələr də var. Ümumilikdə çalışmalıyıq ki, bütün bu infrastruktur layihələri vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması və həyatlarının asanlaşdırılması ilə nəticələnsin. Biz bu günə qədər buna nail olmuşuq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qarşımıza qoyduğumuz digər həlli vacib olan infrastruktur layihələrin reallaşmasının şahidi olacağıq”.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
467
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
403
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
325
Azərbaycanda bu məhsul bahalaşdı
308
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
290
Helikopter qəzası ilə bağlı yeni xəbər
275
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
271
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
265
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
263
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
242
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
238
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
237
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
221
Həlak olan şəxslər sabah dəfn olunacaq
200
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
199
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
189
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
179
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
169
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
161
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
140