AZ

“Nəşrlərin satın alınması müsabiqəsi” elan edilib

Bakı. Trend:

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxanafondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərinsatın alınması müsabiqəsi”ni elan edir.

Nazirlikdən Trend-ə verilənxəbərə görə, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi vəobyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindənyaradılan Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının SatınAlınması üzrə Komissiya həyata keçirəcəkdir.

İştirakçılar tərəfindən nəşrlər 8 iyun 2024-cü il tarixinədəkKomissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuşmüddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbuledilmir.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyərionun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcudbazar şərtləri əsasında müəyyənləşdiriləcəkdir.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dənaşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dənaşağı) olan nəşrlərin satın alınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman,ərəb) olan nəşrlər də təqdim oluna bilər.

Müsabiqədə iştirak qaydalarıaşağıdakılardır:

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və yafəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olanpoliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər(müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququsahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalıvə ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çapolunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət vəmüraciətdə satın alınması göstərilən nəşrlərdən 1 nüsxə AzərbaycanMilli Kitabxanasına təqdim edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2019-cuil tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Kitabxanalarınçap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”namüvafiq olaraq məcburi nüsxlələri Milli Kitabxanaya təqdimolunmayan nəşrlərin müsabiqədə iştirakına yol verilmir.

Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çapolunan nəşrlər təqdim oluna bilər:

● elmi və elmi-kütləvi ədəbiyyat (təbiət elmləri (kimya, fizika,mexanika, coğrafiya, biologiya, astronomiya və s.), ictimai(sosial) elmlər (tarix, hüquq, fəlsəfə, psixologiya, iqtisadiyyat,linqvistika, politologiya, antropologiya, etika və s) texniki(tətbiqi) elmlər (kompüter mühəndisliyi, süni intellekt, kəndtəsərrüfatı, ekologiya və s.);

● uşaq ədəbiyyatı;

● milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər vətoponimlər barədə nəşrlər;

● Azərbaycan etnoqrafiyası və milli-mədəni irsinə aidnəşrlər;

● Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər;

● görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlər haqqındaaraşdırmalar və memuarlar;

● bədii ədəbiyyat.

Qeyd: müsabiqə üçün nəzərdə tutulan vəsaitin 40% həcmində elmivə elmi-kütləvi ədəbiyyatın, 30% həcmində uşaq ədəbiyyatının, 30%həcmində isə digər mövzular üzrə ədəbiyyatın alınması nəzərdətutulur.

Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınmaqaydası:

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ayərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması nəzərdə tutulan nəşrlər barədə yekun siyahı tərtibedilir.

Komissiya tərəfindən seçilən nəşrlərin satın alınması “Dövlətsatınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənhəyata keçiriləcəkdir.

Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geriqaytarılmır və Azərbaycan Milli Kitabxanasına təhvil verilir.

Müsabiqə və Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmişmeyarlarla aşağıdakı linklərə daxil olaraq tanış olmaqmümkündür:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi vədəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı vəsatın alınmasına dair Meyarlar

Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınmasıüzrə Komissiyanın fəaliyyətinə dair Meyarlar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyininsifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı,buraxılışı və satın alınmasına dair Meyarlar

Nəşr planının tərtibi və nəşriyyatməhsullarının satın alınması üzrə Komissiyanın fəaliyyətinə dairMeyarlar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24455
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13807
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12237
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9002
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6437
Rəisi öldü, Pakistanda matəm elan edildi
6038
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5826
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5623
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4066
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4042
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
3970
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3862
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3653
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3525
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3193
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2829
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797