AZ

Sahibə Qafarova: Azərbaycan parlamentinin üzvləri Fransanın ikiüzlü siyasətini qətiyyətlə pisləyir

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Musavat.com-a verilən məlumata görə, spiker görüş zamanı Fransanın Cənubi Qafqaz regionunda sabitliyi pozmağa yönəlmiş siyasətinin tənqid edib.

Sahibə Qafarova bildirib ki, Fransa öz tarixində qara ləkə olan kolonializmi yalnız öz keçmiş müstəmləkələrində, zor gücünə öz hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda davam etdirmək niyyətindədir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı dövründə münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun üzvü kimi yarıtmaz fəaliyyət göstərmiş Fransa təəssüf ki, bu gün də Cənubi Qafqaz sülh səylərini, sabitliyi pozmağa yönəlmiş siyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır, militarizmi təhrik edir. O, təəssüflə Fransanın bu gün Azərbaycana qarşı bütün müstəvilərdə hücuma keçdiyini, beynəlxalq platformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan müstəqil və güclü ölkədir. Heç kim bizə təzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız sülhün, əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyə yönəlibdir.

Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentinin üzvləri Fransanın ikiüzlü siyasətini qətiyyətlə pisləyir və onun neokolonializm siyasətinin ifşası istiqamətində səylər göstərir.

Musavat.com

Seçilən
80
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1097
Bu yol qovşağında təmir işləri aparılacaq
734
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
445
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
425
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
363
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
351
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
343
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
334
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
265
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
218
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
210
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
119
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
119