AZ

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzəm olaraq bu restorana gəlib. Təbiət hadisəsindən bir gün əvvəl o, ofisiant qıza 300 dollar bəxşiş qoyub. Ancaq hesab cəmi 40 dollar olub. Eyni zamanda qadın ofisiantdan onun xristian olub-olmadığını və Allaha inanıb inanmadığını soruşub.

Bir neçə gündən sonra qadın geri qayıdıb. Bu dəfə ona başqa ofisiant xidmət göstərib. Ofisiantın dediyinə görə, o, dayanmadan onun xristian olub-olmadığını soruşub. İşçi ona "yox" cavabı verib və sonra qadın Günəş tutulmasından sonra dünyada qalan günahkarlar üçün hər şeyin nə qədər dəhşətli olacağını söyləməyə başlayıb. Ofisiant dialoqa girməyib və digər müştərilər kimi qadına xidmət etməyə davam edib. Şam yeməyini bitirdikdən sonra qadın ofisianta tezliklə ehtiyac duyacağını deyərək 777 dollar pul qoyub.

Çaşmış ofisiant sonradan problem olmasın deyə, baş verənləri müdirlə müzakirə etmək qərarına gəlib. Menecer pulun məbləğinə əmin olub-olmadığını soruşanda, müştəri, "Əlbəttə, bunlar Allahın rəqəmləridir", deyərək gedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24397
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13758
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12079
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8774
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6304
Rəisi öldü, Pakistanda matəm elan edildi
5898
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5809
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5621
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4046
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3962
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3850
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3642
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3498
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3179
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
3057
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2824
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797