AZ

"Fənərbağça" yarımfinala vəsiqə qazana bilmədi

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan son komanda bəlli olub.Bakivaxti.az xəbər verir ki, Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 3:2 hesabı ilə uduzan "Fənərbağça" bu dəfə eyni rəqiblə İstanbulda üz-üzə gəlib. "Sarı-lacivərdilər" əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyası oynanılıb. Burada isə daha dəqiq oynayan yunanlar (3:2) adını yarımfinala yazdırıblar."Olimpiakos" 1/2 finalda İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.Yarımfinalın digər görüşündə isə "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) üz-üzə gələcək.

Seçilən
155
2
Mənbələr
Şərh ()
Bağla