AZ

Rusiyada korrupsiyaya görə məhkum olunanların sayı artır – ŞOK STATİSTİKA

Rusiyada korrupsiyaya görə məhkum olunanların sayı artır. Belə ki, Rusiyada rüşvət almaqda ittiham olunanların sayı il ərzində demək olar ki, 14% artıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, 2023-cü ildə ölkədə rüşvətxorluğa görə 1914 nəfər məhkum edilib. Bu, 2022-ci illə müqayisədə 13,6% çoxdur. Rusiya Ali Məhkəməsinin Məhkəmə Departamentinin statistik məlumatlarının təhlili deməyə əsas verir ki, rüşvətxorların sayının artması ilə yanaşı, ölkədə rüşvətxorluğa görə məhkum olunanların sayı da 10% artıb. 2023-cü ildə bu cinayətə görə 2363 nəfər məhkum edilib.

Hüquqşünas Vitali Burkin hesab edir ki, məmurlar tez-tez rüşvətxorluq ittihamlarını dələduzluq kimi təsnifləşdirməyə çalışırlar. Fırıldaqçılıq maddəsinə əsasən, daha qısa cəza ala və milyonlarla dollarlıq cərimələrdən yayınmaq mümkündür.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Seçilən
301
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq