AZ

SON DƏQİQƏ!! İran İsrailin hücumuna məruz QALDI


İranda yerləşən obyekt İsrailin raket hücumuna məruz qalıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə “ABC” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Aprelin 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, İsrail İrana PUA və raketlərlə cavab verməyi nəzərdən keçirir.

Bundan öncə İran hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının İsraillə münaqişəni genişləndirmək istəmədiyini, lakin yəhudi dövlətinin təcavüzkarlıq nümayiş etdirdiyi təqdirdə daha güclü cavab verəcəyini bildirmişdi.



Seçilən
109
1
Mənbələr
Şərh ()
Bağla