AZ

AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir (FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, Masallışəhərində M.Talışxanov küçəsində yerləşən 19-cu regional filialınınaçılışı ilə sahibkarlıq fəaliyyətinin təşviqi və maliyyəinklüzivliyinin təkmilləşdirilməsi sahəsində fəaliyyətini davametdirir. Bu genişlənmə AccessBank-ın ölkə daxilində, xüsusən dəcənub-şərq regionunda vacib maliyyə xidmətləri göstərməkmissiyasında mühüm addımdır.

Masallıda yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyəhəlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi,əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pulköçürmələri, valyuta mübadiləsi və s. daxildir.

Bu strateji genişlənmə AccessBank-ın regionlarda fəaliyyətiningenişləndirilməsinin və keyfiyyətli bank xidmətləriningöstərilməsinin vacibliyini vurğulayan ümumi İnkişaf Strategiyasınauyğundur.

“Regional şəbəkənin genişləndirilməsi və yüksək keyfiyyətli bankxidmətlərinin göstərilməsi Bankımızın İnkişaf Strategiyasınınprioritet istiqamətlərindən biridir. Artıq Masallı sakinləripeşəkar komandamızın xidmətindən yararlana bilər. AccessBank2024-cü il üçün nəzərdə tutulan regional filiallardan birincisiniaçır. Bununla da regionlarda filiallarımızın sayı 33-ə çatdırıldı.Biz il ərzində müxtəlif regionlarda filiallar açmağıplanlaşdırırıq”, - deyə AccessBank-ın İdarə Heyətinin sədri DavitTsiklauri bildirib.

Masallı filialının açılması AccessBank-ın yerli əhaliyəkeyfiyyətli xidmət göstərmək öhdəliyini vurğulamaqla yanaşı, həm dəölkənin sahibkarlıq mənzərəsini gücləndirmək, kiçik və ortasahibkarlara dəstək olmaq sahəsində mühüm addımdır. Stratejiregional genişlənmə təşəbbüsləri və müştəriyönümlü yanaşmavasitəsilə AccessBank, Azərbaycanda maliyyə inklüzivliyinin vədavamlı inkişafın təşviqi istiqamətində mühüm rol oynayır.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında liderolaraq, 2002-ci ildən kiçik vəorta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasındaAsiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq MaliyyəKorporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərirvə MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyədavam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:http://bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və yabankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasındafəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu,Tbilisi prospekti 3 ünvanında yerləşir.

AccessBank
AccessBank
AccessBank
Seçilən
124
8
Mənbələr
Şərh ()
Bağla