AZ

ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil

İkinci Qarabağ müharibəsinin başlanması və qısa zaman kəsiyində başa çatdırılması düşünülmüş hərbi strategiyanın tərkib hissəsi idi. Dövlət başçımız baş verə biləcək bütün riskləri hesablamışdı və müharibəni hansı mərhələdə dayandırmaq lazım olduğunu qabaqcadan bilirdi. Ona görə də müharibə zamanı Ali Baş Komandan İlham Əliyev Şuşasız işimizin yarımçıq olacağını dəflərlə bəyan edirdi. Şuşanın azad edilməsindən sonra müharibənin dayandırılmasının əsas məqsədi itkilərin çoxalmasına yol verməmək, ərazilərimizi dinc yolla azad etməklə 2025-ci ilə qədər bütün ərazilərimizdə suverenliyi bərpa etmək idi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, ona görə də 10 noyabr 2020-ci ildə dövlət başçılarının imzaları ilə üçtərəfli bəyanat imzalanaraq, müharibənin başa çatdırılmasına qərar verildi:

"İmzalanmış bu sənəd Azərbaycanın diktəsi ilə ərsəyə gəlmişdi və bütün tələblərimiz burada öz əksini tapmışdı. Bəyannamədə görülməli dəqiq məsələlər qeyd olunmuş, o cümlədən, Rusiya sülhməramlıların yerləşdirilməsi ilə bağlı da müddətlər əks olunmuşdu. Amma bəyanatın müddəalarına Ermənistanın əməll etməməsi prosesləri sürətləndirdi və Azərbaycan 20 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə bütün ərazilərində suverenliyi bərpa etdi. Suverenliyimizin bərpası ərazilərimizdə yerləşdirilmiş sülhməramlıların funksiyasının da sona çatmasına gətirib çıxardı. Amma buna baxmayaraq, Rusiya sülhməramlıları bəyannaməyə görə 2025-ci ilin sonuna qədər qala bilərdi.

Rusiya prezidenti Vladimir Putin də öz çıxışlarında Azərbaycanın öz ərazilərində suverenliyi bərpa etməsindən sonra sülhməramlıların Qarabağda qalması məsələsinin Ermənistana artıq heç bir aidiyyətinin olmadığını və bu məsələnin ancaq Prezident İlham Əliyevlə müzakirə edilməli olduğunu bəyan etmişdi. Bu, həm də Ermənistana Qarabağla bağlı məsələnin artıq həll olunduğunun bəyan edilməsi idi.

20 sentyabr 2023-cü ildən Rusiya sülhməramnlıları fəaliyyətsiz bir kontengentə çevrilmişdi. Hətta ağzında dili dinc dayanmayanlar Rusiya hərbçilərinin ərazilərimizi tərk etməyəcəklərini və həmişəlik baza yaradaraq qalacaqları ilə bağlı məntiqsiz və absurd fikirlər də səsləndirirdilər. Amma Prezident İlham Əliyev nəyi nə vaxt və necə etmək lazım olduğunu hamıdan yaxşı bilir. Ona görə də məqamı çatana qədər bu mövzu ətrafında müzakirələr aparılmadı və məsələyə soyuqqanlılıqla yanaşdı. Bir neçə gün əvvəl isə dövlət rəhbərləri ali səviyyədə sülhməramlıların Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qərar qəbul etdi. Artıq prosesə başlanılıb və sülhməramlılar hissə-hissə özlərinin daimi dislokasiya yerlərinə qayıdırlar.

Sülhməramlıların ərazilərimizdən çıxarılmasının Rusiya-Azərbaycan münasibətlərinə heç bir mənfi təsiri olmayacaq. Bu proses, əksinə, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirəcək. Yəni sülhməramlıların vaxtından əvvəl ərazilərimizi tərk etməsinin ərazilərimizin bütövlüyünə Rusiyanın hörmətlə yanaşdığının göstəricisi olduğunu hesab edirəm.

22 fevral 2022-ci ildə dövlət başçılarımız arasında keçirilmiş görüşdə müttəfiqlik haqqında bəyannamə imzalanıb. Bu sənədin imzalanmasından sonra keçən dövrdə dövlətlərimiz arasında münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Belə ki, ölkələrimiz arasında münasibətlər suveren hüquqlarımıza qarşılıqlı hörmət əsasında qurularaq, geniş spektrdə inkişaf edir. Hərbçilərin ərazilərimizdən çıxması hərbi məsələlərin başa çatması, iqtisadi və humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə təkan verəcəyi deməkdir. Bu baxımdan, Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edərək, xalqlarımızın daha da yaxınlaşmasına və dostluq münasibətlərin möhkəmlənməsinə xidmət edəcək", - deyə A.Badamov bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Trend-ə deyib ki, Rusiya sülhməramlıları bölgəni tərk edir:

"Lakin bu, o demək deyil ki, problem yoxdur. Görünən odur ki, ABŞ-nin müəyyən siyasi institutları, Qərbin ayrı-ayrı mərkəzləri narahat oldular ki, rusiyalı sülhməramlıların gedişi ilə erməni məsələsi qapandı. Çünki onlar Qarabağ ermənilərinin qayıtması ilə bağlı beynəlxalq təşkilatlarda məsələlər qaldırırdı. Hətta hansısa mənada Azərbaycanı ittiham edirdilər ki, guya Azərbaycan Qarabağ ermənilərini o ərazilərdən zorla çıxarıb. İndi bu səbəbə görə rusiyalı sülhməramlıların Qarabağı tərk etməsi onları məyus edir.

ABŞ Qarabağ məsələsini bağlanmasını istəmir. O ki qaldı Qarabağ ermənilərinə, onların qayıdışı üçün sülhməramlılara ehtiyac yoxdur. Azərbaycanda necə ki ayrı-ayrı etnik qruplar yaşayır, Qarabağ erməniləri də Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağa gəlsələr, onlar üçün heç bir təhlükə olmayacaq. Əgər doğrudan da, ABŞ və Qərbin ayrı-ayrı qrupları Azərbaycan-Ermənistan arasında sülh mühiti olmasını istəyirlərsə, gəlsinlər, kömək etsinlər. Bakı və İrəvan arasında sülhə mane olmasınlar.

Azərbaycan tərəfi bu kimi əməli addımlar gözləyir. Hər kəs əməldə kimin yanında yer aldığını göstərməlidir. Ya sülhün tərəfdarı, ya da vəziyyəti gərginləşdirməyin tərəfdarı olmalarını qeyd etməlidir. Nə qədər ki Azərbaycanın ədalətli mövqeyi dəstəklənməyəcək, Azərbaycan xarici siyasətində manevrlər etməyə davam edəcək", - deyə Z.Məmmədov əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8679
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5446
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5258
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5068
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4869
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3878
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3142
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2992
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2919
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2803
Sabah 20 dərəcə isti olacaq
2756
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2325
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2315
Röyanın biabırçı videosu yayıldı
2306
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2262
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2133
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2120
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2047
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1718
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1702