AZ

“Barselona” bu tarixdə doğma “Nou Kamp”a qayıdır

"Barselona"nın "Nou Kamp" stadionuna qayıdacağı tarix müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərarı İspaniya klubunun direktorlar şurası verib.

La Liqa təmsilçisi doğma arenasına dekabrın 15-də qayıdacaq. Amma stadionun tutumu 60 faizlə məhdudlaşacaq. Öncədən komandanın noyabrın 29-da, klubun 125 illiyində öz stadionuna qayıtması planlaşdırılırdı.

Qeyd edək ki, "Barselona" 2023-cü ildən ev matçlarını "Nou Kamp"dakı yenidənqurma işlərinə görə Olimpiya stadionunda keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
98
14
Mənbələr
Şərh ()
Bağla