AZ

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Yaponiyada həkimlər "Google"u məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, onlar şirkəti klinikalar haqqında yazılan pis şərhlərə müdaxilə etməməkdə günahlandırıb. 63 həkim Tokio məhkəməsində açdıqları iddiada ABŞ-nin texnologiya nəhəngindən 1,4 milyon yapon yeni (9 min avro) tələb edib.  

Həkimlər xəstələrin şəxsi məlumatlarını məxfi saxlamaq öhdəlikləri olduğunu, ona görə də "Google Maps"də onlar haqqında yazılan mənfi şərhlərə cavab verə bilmədiklərini deyiblər.  Adının açıqlanmasını istəməyən bir həkim Fransanın AFP xəbər agentliyinə "İnternetdə yazı yazanlar kimliklərini gizli saxlayaraq sizin haqqınızda hər şeyi deyə bilər. Özümü yumruqlanmaq üçün nəzərdə tutulan qum torbası kimi hiss edirəm " - sözlərini söyləyib. Onlar məqsədlərinin xəstələri sevindirmək deyil, onların sağlamlıq problemləri ilə peşəkarcasına müalicə etmək olduğunu deyib. "Google Maps"in Yaponiyada geniş şəkildə istifadə edildiyinə diqqət yönəldən sağlamlıq keşikçiləri tətbiqin az qala “gündəlik həyatın əvəzolunmaz hissəsinə” çevrildiyini bildiriblər. Həmçinin onlar "Google Maps"də bəzi şərhlərin şirkət qaydalarına uyğun olaraq silindiyini desələr də, əksər müraciətlərlə bağlı heç bir addım atılmadığını vurğulayıb. 

Digər tərəfdən, "Google" tərəfindən verilən açıqlamada, yanlış məzmunların azaldılması üçün iş aparıldığı, haqsız şərhlərin sistemdən silindiyi ifadə edildi.

Elmir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla