AZ

Ekskavatoru təmir edən usta ölüb - Laçında

Laçında bədbəxt hadisə baş verib. Hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb.

Avtosfer.az “Trend”ə istinadən məlumat verir ki, 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavator təmir edən zaman üzərinə dəmir parçası düşüb.

Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
25
Mənbələr
Şərh ()
Bağla