AZ

FİFA prezidenti agentlərə görə Premyer Liqa klublarını tənqid etdi

FİFA prezidenti Canni İnfantino Premyer Liqa klublarının agentlərə pul xərcləmələrini tənqid edib.

Qaynarinfo-nun məlumatına görə, qurum rəhbəri gənc oyunçuları yetişdirən və inkişaf etdirən klublara daha çox pul xərclənməli olduğunu söyləyib. 

FİFA-nın 2024-cü ilin hesabatında klubların son bir il ərzində agentlərə və vasitəçilərə ümumilikdə 409,5 milyon funt-sterlinq xərclədiyi açıqlanıb. 

İnfantino, İnstaqram hesabında bunu Avropa klublarının Premyer Liqadan gətirdikləri oyunçulara kompensasiya və həmrəylik ödənişləri üçün aldığı 30 milyon avro (25,8 milyon funt-sterlinq) ilə müqayisə edib. O, açıqlamasında, "Ödənişlər FIFA qaydaları ilə tənzimlənir və kifayət qədər gəlir əldə etmək üçün mübarizə aparan minlərlə az imtiyazlı klublara həyat verir.  Buna görə də bütün dünyada gənc oyunçuların inkişafı, məşq üçün şərait yaradılması və onlara şans verilməsi üçün çox vacibdir" - sözlərini söyləyib. 

FİFA-nın dekabr ayındakı hesabatında, 2023-cü ildə beynəlxalq transferlərdə agentlərin qonorarlarına xərclənən rekord 888 milyon dolların (702 milyon funt-sterlinq) demək olar ki, üçdə birinin ingilis klublarının payına düşdüyü bildirilib. FİFA agentlərin sövdələşmələrdən əldə edə biləcəyi məbləğləri məhdudlaşdırmağa çalışır. Lakin bir sıra hüquqi problemlər FİFA-nın səylərinin qarşısını alıb.

"FIFA-da şəffaflıq, hesabatlılıq və oyunun bütün səviyyələrində daha yaxşı yenidən bölüşdürülmə naminə agentlər də daxil olmaqla transfer sisteminə bəzi aydın və ədalətli qaydaları tətbiq etməyə çalışırıq. Buna görə bəzi agentlər tərəfindən məhkəməyə verildik, lakin FİFA öz mövqeyini müdafiə etməyə davam edəcək. Hökumətləri və qanunverici orqanları bizə qoşulmağa, transferlərdən əldə edilən vəsaitlərin futbolda saxlanmasını və bütün dünya klubları ilə paylaşılmasını təmin etmək üçün fəal rol oynamağa çağırıram, çünki onlar indiki və gələcək futbolçu nəsilləri üçün çox vacibdir” - deyə İnfantino bildirib.

Səbuhi Həsənov
Seçilən
114
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18356
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17692
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16931
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15425
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15141
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14503
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13329
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12928
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10856
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10853
"Zaur, yenə çaşdın..." - VİDEO
8515
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7506
Minimum əmək haqqı nə qədər arta bilər?
6733
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6675
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6277
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5417
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5414
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5327
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4971