AZ

“Qəbələ” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Qəbələ” Misli Premyer Liqasının XXXI turunun “Qarabağ”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.

Bizim.Media xəbər verir ki, iki futbolçu komandanın məşqinə qatılmayıb. Ülvi İsgəndərov və Klesio Bauk zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, aprelin 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
4
Mənbələr
Şərh ()
Bağla