AZ

Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xaçmazda intihara cəhd hadisəsi olub.
 
Hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G. Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına 5 bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib.
 
Məlumata görə, G. Zeynalovanın qardaşı bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Qadın qardaşının ölümü ilə barışa bilməyib və onun məzarı başında özünü öldürmək istəyib.
 
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. /Lent.az/
 
Seçilən
129
8
Mənbələr
Şərh ()
Bağla