AZ

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

Premyer

Bakı, 20 aprel, AZƏRTAC

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.

Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

 

Seçilən
170
7
Mənbələr
Şərh ()
Bağla