AZ

Premyer Liqa: “Zirə” “Neftçi”yə 10 nəfərlə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu matçı kifayət qədər prinsipial xarakter daşıyırdı.

Söhbət avrokuboklara vəsiqə uğrunda yarışan “Zirə” ilə “Neftçi”nin oyunundan gedir. Son turlarda uğurlu qrafik cızan bu komandalardan “Neftçi” 47 xalla 3-cü, “Zirə” isə 46 xalla 4-cü pillədə qərarlaşmışdı. Bu komandaların 6 xallıq görüşündə kimin sevinəcəyi böyük maraqla gözlənilirdi. Mümkün heç-heçə avrokuboklara vəsiqə arzusunda olan “Sumqayıt” və “Sabah”a daha çox sərf edəcəkdi.

“Zirə” ilə “Neftçi” bu günə qədər 33 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə hər iki komanda 12 qələbə qazanmışdı, 9 görüş heç-heçə yekunlaşmışdı. “Neftçi” 7 matç idi meydanı qolsuz tərk etmirdi. “Zirə” isə 7 oyun idi bu rəqibinə qalıb gəlmirdi.

Bu qarşılaşmada da hesabı “Neftçi” açıb. Amma “Zirə” elə ilk hissədə buraxılan qolun əvəzini çıxmağı bacarıb. İkinci hissədə meydan sahibləri azlıqda qalıblar. Lakin “Neftçi” bu üstünlükdən yararlana bilməyib. Əvəzində azlıqda qalmasına baxmayaraq, “Zirə” daha iki qol vurmaqla bu oyunda əzmkar qələbəyə sevinib.

Premyer Liqa
31-ci tur
20 aprel

“Zirə” – “Neftçi” 3:1
Qollar: Rəhim Sadıxov, 43. Fuad Bayramov, 78. Vladislav Kulaç, 85 – Emin Mahmudov, 19-pen.
Qırmızı vərəqə: Ceyhun Bayramov, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 23. Ataa Caber, 11. Kilan Lebon, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq