AZ

34 yaşlı kişi siqaret çəkməyə çıxdığı pəncərədən yıxıldı

O, siqaret çəkməyə çıxdığı pəncərədən yıxılaraq ölüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirdə tarazlığını itirərək siqaret çəkməyə çıxdığı pəncərədən yıxılan Yusuf Gümüş həyatını itirib.

Hadisə səhər saatlarında baş verib.
 
İddialara görə, 8 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan Yusuf Gümüş siqaret çəkmək üçün pəncərəyə yaxınlaşıb.
 
Müvazinətini itirərək beton döşəməyə yıxılan kişi hadisə yerində vəfat edib.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
2
Mənbələr
Şərh ()
Bağla