AZ

Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılığa gəlib

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılığa gəlib.Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Şurasının iclasından sonra mətbuat konfransında deyib."Biz İrana sanksiyaların genişləndirilməsi ilə bağlı siyasi razılıq əldə etdik", - Borrell bildirib.Onun sözlərinə görə, İrana qarşı mövcud sanksiyalar raketlər və raket istehsalı, eləcə də Yaxın Şərq və Qırmızı dənizə pilotsuz uçuş aparatlarının və raketlərin tədarükünü də əhatə edəcək.(APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
3
Mənbələr
Şərh ()
Bağla