AZ

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO

Bərdə şəhərinin Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların məskəninə çevrilib.

Sakinlərin sözlərinə görə, burada tez-tez qızıl ilan və gürzələr gözə dəyir.

“İndiyə qədər 7-8 ilan öldürmüşəm. Burada ilanlar doludur, divarın altından da çıxırlar”, - sakin Əziz Salmanov söyləyib.
Ev sahibləri bildirirlər ki, ilanların həmin ərazidə çox olmasının səbəbi ətrafı kol-kosun basmasıdır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
10
Mənbələr
Şərh ()
Bağla