AZ

Bayden Zelenskini əmin etdi: Tez bir zamanda...

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

O, Ukrayna Silahlı Qüvvələrinə 61 milyard dollarlıq yeni yardım paketinin bir hissəsi olaraq tez bir zamanda silah göndərəcəyini vəd edib.

Bundan əlavə, telefon danışığı zamanı Bayden qeyd edib ki, Vaşinqton Ukraynaya hərbi münaqişə zamanı zədələnmiş mülki infrastrukturun bərpasında, həmçinin “Ukraynanın Avro-Atlantik inteqrasiya yolunda irəliləyişində” iqtisadi yardım göstərəcək.

Bu barədə Zelenski də "Telegram"da məlumat yayıb.

“ABŞ Prezidenti Cozef Baydenlə Nümayəndələr Palatasındakı səsvermənin nəticələrini müzakirə etdim. Prezident əmin etdi ki, Senat tərəfindən təsdiqlənərsə, o, qanunu dərhal imzalayacaq. Mən Co Baydenə Ukraynaya və əsl qlobal liderliyə göstərdiyi azalmayan dəstəyə görə minnətdaram”, - Zelenski qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
7
Mənbələr
Şərh ()
Bağla