AZ

Misir yazıçısının "Vadi əl-Təfşan" romanı Tunis kitab sərgisində

Misirli yazıçı Əli əs-Səvinin “Vadi ət-Təfşan” adlı yeni romanı Qahirədə "Mektebtul Arabiyye" nəşriyyatında çap olunub. Sözügedən roman çap olunduqdan dərhal sonra Tunis Beynəlxalq Kitab Sərgisində kitabsevərlərlə görüşüb.
Hafta.az-ın yazdığına görə, roman qədim mifologiya dünyasını simvolik qəlibə salmaqla müasir hadisələri təxəyyülü simvolik yanaşma ilə ifadə edir. Müəllif roman vasitəsilə həqiqətin sonsuz axtarışını, tədqiqatçının və ya filosofun ona çatmaq üçün ödədiyi qiyməti ortaya qoyur.
Müəllif uydurma personajlarına Vadi ət-Təfşanda tanrılarla filosofların mübarizəsinin xarakterinə uyğun olaraq Yunan və Firon adlarını verib. Müəllif həm də hadisələrə bütöv bir prizmadan baxmaq, insan təbiətinin, onun əbədi mübarizəsinin hər zaman və eyni məkanda eyni detal və motivləri daşıdığını göstərmək üçün romanda hadisələrin yerini və vaxtını qeyd etmir.
Romançı və jurnalist Əli əs-Səvinin əvvəllər nəşr olunmuş dörd ədəbi əsəri var. “Teranim Muhib” müasir insan problemlərinə toxunan intellektual qısa hekayələr toplusudur. Digər məcmuə “Sərhatu Kalem” siyasi ədəbiyyata aid məqalələrdən ibarətdir. “İstanbul 2020” romanı iki ölkə arasında keçən bir romandır. Yazıçının digər romanı “Araya fi İstanbul” adlı sensasiyalı əsəridir. Bu əsər Misir siyasi müxalifətinin Türkiyədəki reallığı ilə təmasdadır. Bundan əlavə, siyasi islamçı qrupların düşüncə və siyasətləri ilə bağlı bir çox faktları üzə çıxarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla