AZ

ABB-nin ATM-lərində yenilik!

ABB-nin
Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb . Bu yenilik ATM-lər vasitəsilə bank xidmətlərini daha asan və çevik əldə etməyə imkan yaradır.
Yeni proqram təminatının imkanları ilə müştərilər ATM-dən yalnız nağd vəsait çıxarmaq üçün istifadə etməyəcəklər. Filialların təqdim etdiyi bəzi xidmətlərdən də 24/7 rejimində yararlana biləcəklər. ABB öz ATM-lərinin proqram təminatının yenilənməsini Azerikard və CASPA şirkətləri ilə birgə həyata keçirir. ABB Azərbaycan Mərkəzi Bankının layihəsi olan AniPay-lə mədaxil xidmətini öz yeni ATM-lərinə əlavə edən ilk bank olub. AniPay ödəniş sistemində (AniPay tətbiqi) qeydiyyatdan keçmiş bütün müştərilər ABB-nin yeni nəsil ATM-lərində ölkədaxili istənilən bank hesabına komissiyasız mədaxil edə bilərlər. Heç bir komissiya və ya limit yoxdur. ATM-lər vasitəsilə belə imkanlardan istifadə müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır. Qeyd edək ki, Azərbaycanın ilk ATM-i məhz ABB-yə məxsus olub. Həmin ATM hazırda Bankın Mərkəzi filialında yaradılmış muzeydə eksponat kimi qorunur. Ölkəmizdə ATM-lərlə təmassız NFC əməliyyatlarının həyata keçirilməsini də ilk dəfə ABB tətbiq etməyə başlayıb. Hazırda ABB-nin ölkə üzrə 961 ATM-i var. Onlardan 498-i Bakıda, 463-ü regionlardadır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Reklam hüququnda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17339
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12466
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9951
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4118
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3694
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3177
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2574
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2206
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1562
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
873
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777