AZ

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Direktorlar Şurasının iclası keçirilib.

Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AQC sədri Vüqar Oruc ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Sədr bildirib ki, rəhbəri olduğu cəmiyyət dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və beynəlxalq əlaqələr istiqamətində fəaliyyətini genişləndirib. Bir çox dövlət qurumları və assosiativ təşkilatlarla qarşılıqlı əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyən AQC sədri bir neçə ay öncə təsis olunan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) fəaliyyəti barədə toplantı iştirakçılarını məlumatlandırıb.

O qeyd edib ki, cari il 31 may-2 iyun tarixlərində Bakıda türk dövlətləri qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək və bununla da prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə veriləcək.

V. Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində iştirak edəcəyini bildirib.

“Bakı Zirvəsi”ndə Azərbaycanın dövlət rəsmilərinin, millət vəkillərinin, ictimaiyyət xadimlərinin və kütləvi informasiya vasitələrinin də iştirak edəcəyini deyən AQC sədri tədbirə yüksək səviyyədə hazırlığın təmin olunması məqsədilə Təşkilat Komitəsinin təsis edildiyini söyləyib.

“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasından ciddi gözləntiləri olduğunu bildirən sədr rəhbəri olduğu cəmiyyətin bu prosesdə yaxından iştirak etdiyini Direktorlar Şurası üzvlərinin diqqətinə çatdırıb. Həmçinin nəzərə çatdırıb ki, Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinin fəaliyyətində də AQC yaxından iştirak edir.

“İstər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanlarda test bazasının hazırlanmasında, istərsə də, yeni qanunun işlək mexanizmlərinin formalaşmasında fəal iştirak edirik. Eyni zamanda, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti təlimə də start vermişik. Qaydalara müvafiq olaraq təlim iştirakçıları yekunda imtahanda iştirak edəcək və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq”, – deyə Vüqar Oruc vurğulayıb.

V. Oruc Azərbaycan cəmiyyətin nəzdində Bank Ekspert Şurasının təsis edildiyini və hazırda hər bankdan bir nəfər olmaqla 11 bank rəsmisinin şurada təmsil olunduğu barədə məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7624
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5150
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4883
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4672
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4435
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2955
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2707
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2678
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2610
Sabah 20 dərəcə isti olacaq
2591
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2176
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2066
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2015
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1706
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1584
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579