AZ

Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb

Tarix: 23 Aprel 2024 21:50

Avropa Parlamentinin "Almaniya üçün Alternativ" (AfD) partiyasından olan deputatı Maksimilian Kranın köməkçisi Çinin xeyrinə casusluqda şübhəli bilinərək Drezden polisi tərəfindən saxlanılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, 43 yaşlı siyasi köməkçi Jian Quo Çinə Avropa Parlamentinin işi və Almaniyadakı Çin müxalifət hərəkatının nümayəndələri haqqında məlumat verib.
Bundan əlavə, o, təxminən on il əvvəl özünü alman hakimiyyət orqanlarına informator kimi təklif edib. Lakin o, etibarsız və "Çinin mümkün ikili agenti" hesab edilib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
7
Mənbələr
Şərh ()
Bağla