AZ

Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib

"Rusiya Prezidenti Vladimir Putinə müdafiə nazirinin müavini Timur İvanovun saxlanılması barədə məlumat verilib".

Publika.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd olunub ki, Rusiya müdafiə nazirinin özü, ordu generalı Sergey Şoyqu onun müavininin gözlənilən həbsi barədə əvvəlcədən məlumatlandırılıb.

Xatırladaq ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
22
Mənbələr
Şərh ()
Bağla