AZ

"Geri çəkilsək, dünya lideri kim olacaq?" - Bayden

ABŞ prezidenti Co Bayden hesab edir ki, ölkəsi dünya səhnəsindən geri çəkilsə, dünyanın lideri olmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

"Biz ən vacib ölkəyik. Bu zarafat deyil, bu öyünmək deyil. Əgər ABŞ keçmiş prezident Donald Trampın istədiyi kimi dünya səhnəsindən geri çəkilsə, dünyanın lideri kim olacaq?", - deyə Bayden qeyd edib. 

ABŞ-nin hazırkı prezidenti də iddia edib ki, seçkiqabağı sorğuların nəticələri vəziyyətin onun xeyrinə olduğunu göstərir. 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq