- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Təxribat xarakterli nəşrləri ilə ad çıxaran məşhur bloger Lena Miro dünyasını dəyişib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, qadının ölümü barədə ilk olaraq şayiələr və dedi-qodular üzrə ixtisaslaşmış "Admin-Anshlak" "Teleqram" kanalı məlumat yayıb.
Lena Mironun Amerikada qəzaya uğradığı, komaya düşdüyü və daha sonra öldüyü iddia edilir.
"O, uzun müddət komada yatıb və bu yaxınlarda dünyasını dəyişib. Anası cənazə üçün ABŞ-a uçdu. Ata getmədi. Dedi ki, "karma onu üstələdi", bu onun öz günahıdır", - məlumatda deyilir.
Xatırladaq ki, Yelena Mironenko Rusiyanın Belqorod vilayətinin Starı Oskol şəhərində anadan olub. Məktəbdən sonra Voronej İnstitutunu bitirərək ingilis dilindən sinxron tərcüməçi işləyib. O, ziyafət təşkilatçısı kimi part-time işləyərək Londonda yaşamağa nail olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.